REGİONLAR
Qəbələdə şəhid-həkim Aqşin Ənvərliyə həsr edilən kitabın təqdimatı olub
![](/files/galleryphoto/2023/3/1200x630/17003340765744155371_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340765330619939_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340763505450063_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340766038233426_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340763643350219_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340762914827607_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700334076918560214_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340761293962376_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17003340763716628853_1200x630.jpg)
Qəbələ, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 18-də Qəbələ rayon Mədəniyyət Mərkəzində jurnalist-publisist Bibixanım İsayevanın Vətən müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan Bayrağı” ordenli həkim Aqşin Ənvərliyə həsr olunmuş “Ağ işığın sehri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid valideynləri və Aqşin Ənvərlinin ailə üzvləri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində şəhid-həkimin həyatını əks etdirən sərgiyə baxıblar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ən müasir səviyyədə həyata keçirilən ordu quruculuğundan danışıb, bütün dünyanın Azərbaycanın şanlı Qələbəsinin şahidi olduğunu vurğulayıb.
Çıxış edənlər şəhid-həkimin qəhrəmanlığından söz açıb, kitab haqqında təəssüratlarını bölüşüblər.
Sonra məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Aqşin Ənvərlinin həyat yolunu əks etdirən slayd təqdim olunub.
Şəhidin atası Faiq Abdulayev kitabın müəllifinə və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirib.