Qəbələli gənclər Zəfər Gününə həsr olunmuş intellektual yarışda biliklərini sınayıblar
Qəbələ, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi və Qəbələ regional “ASAN xidmət” mərkəzi 8 Noyabr - Zəfər Günü münasibətilə rayon gənclərinə yeni layihə təqdim edib.
Nümayəndəliyin rəhbəri Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində gənclər Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual yarışda biliklərini sınayıblar. Yarışda üç komanda - “Şuşa”, “8 noyabr” və “Xarıbülbül” komandaları iştirak edib. Vətən müharibəsində qazanılan tarixi Qələbənin şərəfinə iştirakçılara 44 sual təqdim edilib. Yekun nəticəyə əsasən, “Xarıbülbül” komandası yarışın qalibi olub.
Qalib komandaya diplom və hədiyyələr təqdim edilib.