“Qəbələ”nin baş meneceri Avropa Klublar Assosiasiyasında
Bakı, 3 noyabr, AZƏRTAC
“Qəbələ”nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb.
AZƏRTAC xəbər verir ki, Nail Kərimov 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın namizədliyini verdiyi uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq. Qrupa “Feyenoord”un baş meneceri Dennis te Kloyse rəhbərlik edəcək.
Qeyd edək ki, Avropa Klublar Assosiasiyası UEFA-nın klub təşkilatları arasında yeganə tərəfdaşıdır. Qurum müstəqil və ya UEFA ilə birlikdə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Uşaq futbolu üzrə işçi qrupun əsas missiyaları akademiyaların fəaliyyəti, beynəlxalq turnirlərin təşkili, uşaqların müdafiəsi, ilk peşəkar müqavilə, beynəlxalq hüququn uşaq futboluna təsiri, uşaq-gənclərin, məşqçi və menecerlərin təhsili və s. məsələlərdir.
İşçi qrup il ərzində keçirdiyi 5-8 iclasla öz fəaliyyətini tənzimləyir. İlk belə iclas noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində təşkil ediləcək.
Qeyd edək ki, ECA-nın sentyabr ayında Berlində keçirilmiş Baş Assambleyasında 50 ölkənin 150 müxtəlif klubunun 430 nümayəndəsi öz namizədliklərini 8 qrup üzrə irəli sürmüşdülər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [14:07]
Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO
- 04.10.2026 [14:04]
Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib
- 04.10.2026 [12:50]
Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var
- 04.10.2026 [12:25]
Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır
- 04.10.2026 [11:36]
Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- 04.10.2026 [10:44]
UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 03.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:35]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [16:31]