Qərb ölkələri Kosovonun avrodan istifadə qərarının icrasını dayandırmağa çağırıb
Belqrad, 31 yanvar, AZƏRTAC
Qərb dövlətləri Kosovonun avrodan istifadə qərarının icrasını dayandırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, ABŞ, Fransa, İtaliya, Almaniya və Böyük Britaniyanın səfirlikləri Kosovo Mərkəzi Bankının fevralın 1-dən qüvvəyə minəcək nağd ödəniş əməliyyatları zamanı yalnız avrodan istifadəyə dair qərarı ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda yeni tənzimləmənin xüsusilə serblərin çoxluq təşkil etdiyi icmalara mümkün təsirinin narahatlıq doğurduğu vurğulanıb. Bunun Kosovo serblərinin böyük əksəriyyətinin gündəlik həyatına birbaşa təsir edəcəyi bildirilib.
Qeyd edək ki, fevral ayından Kosovoda nağd əməliyyatlarda yeganə valyuta növü kimi avrodan istifadə olunacaq. Yeni qaydaların qüvvəyə minməsi ilə ölkədə serb dinarının istifadəsinə son qoyulacaq. Bu qərar Kosovonun şimalındakı bələdiyyələrdə yaşayan serblər tərəfindən etirazla qarşılanır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]