Qırğızıstan Prezidenti Sadır Japarov Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib
Moskva, 31 avqust, AZƏRTAC
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə Prezident Sadır Japarov mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb.
Qırğızıstan rəhbəri öz Fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar, müğənni, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]