Qırğızıstanla humanitar dialoq inkişaf etdirilir VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Qırğızıstan və Azərbaycan dost ölkələrdir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Qarşılıqlı səfərlərin həyata keçirildiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: "Biz təbii ki, Qırğızıstanla Azərbaycan arasında ikitərəfli müstəvidə də humanitar dialoqun inkişaf etdirilməsi istiqamətində birgə səylərlə çalışırıq".
Fotoqraf - Tofiq Babayev