QIŞLAMA MÜTƏŞƏKKİL DAVAM EDİR
Qax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ildə rayon üzrə qışlamaya ümumilikdə 26 min başdan çox qaramal və 83 min başa yaxın davar cəlb edilmişdir. Hazırda şəxsi və fermer təsərrüfatlarında saxlanılan davarın 70 min başa yaxını qışlama dövrünü Sarıca və Ağyazı zonalarındakı qışlaqlarda keçirir.
Heyvandarlar cari qışlamaya ciddi hazırlaşmışlar. Qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə 17 min hektara yaxın qışlaq sahəsi icarəyə verilmişdir. Qışlaqlardakı qoyun damlarında cari təmir işləri aparılmış, 475 hektar sahədə xəsillik arpa əkilmiş, habelə əlavə yem ehtiyatı yaradılmış, qoyun sürüləri tələb olunan baytar nəzarətindən keçirilmişdir.
Bir neçə gündür ki, qoyunçuluqda döl kampaniyası başlanmışdır. Qışlamaya mütəşəkkil hazırlaşan heyvandarlar bu kampaniyada da yüksək nəticələr əldə edirlər. Yeni doğulan quzular sağlam və gumrahdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]