Qızılın qiyməti bahalaşmağa davam edərək tarixi maksimuma yaxınlaşır
Bakı, 17 oktyabr, AZƏRTAC
Dünyanın mərkəzi banklarının faiz dərəcələrini daha da aşağı salacağı gözləntiləri fonunda qızılın qiyməti artaraq tarixi maksimuma yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, “Trading Economics” nəşrinin məlumatına görə, bu gün “Comex” birjasında qızıl fyuçersinin qiyməti 0,2 faiz bahalaşaraq bir unsiya üçün 2696,5 dollara çatıb. Son bir həftə ərzində artım göstəricisi təxminən 2 faiz, ilin əvvəlindən bəri isə 30 faiz təşkil edib.
Analitiklər Federal Ehtiyat Sisteminin builki son iki iclasının hər birində faiz dərəcələrini endirəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, Avropa Mərkəzi Bankının da hər üç əsas faiz dərəcəsini 25 bənd azaldacağı gözlənilir.
Qızılın qiymətinə ABŞ-da prezident seçkiləri ətrafında yaranan qeyri-müəyyənlik və Yaxın Şərqdə davam edən gərginlik də təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]