Qubada fəal gənclər mükafatlandırılıb
Quba , 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsinin bir qrup fəal gənci mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada 2 Fevral - Gənclər Günü münasibətilə region gəncləri ilə keçirilən “Bütöv Azərbaycanın qalib gəncləri” adlı görüşdə ayrı-ayrı sahələr üzrə fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Tədbirdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycanda Gənclər Gününün təsis edilməsi haqqında ətraflı məlumat verilib, Vətən müharibəsində qazanılan Qələbədən danışılıb.
Quba Olimpiya İdman Kompleksində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]