Qubada karantin rejimini pozan təmir sexlərinin sahibləri cərimələniblər VİDEO
Quba, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexlərinin sahibləri cərimələniblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.
Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində cərimə protokolları tərtib olunub.