Qubada qanunsuz kömür quyuları aşkarlanıb
Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal etdiyi kömür quyularını aşkarlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qanunsuz kömür istehsal edənlərin rayon sakinləri Mirağa Dadaşov və Təmirşah İmanquliyev olduqları müəyyən edilib.
Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.