Qubada yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var YENİLƏNİB VİDEO
Quba, 18 noyabr, AZƏRTAC
Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Bakı yolunun Quba rayonunun Günəşli kəndi ərazisində "Mercedes" markalı yük avtomobili ilə KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralananlar KİA-da olan 1984-cü il təvəllüdlü Orucova Rübabə Qaçay qızı və onun qızı 2010-cu il təvəllüdlü Orucova Gülay Elvin qızıdır.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.