Qubadlılı gənc pianoçu beynəlxalq müsabiqədə uğur qazanıb
Sumqayıt, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Rusiyada keçirilən beynəlxalq müsabiqənin qalibi Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisənin şagirdi olub.
AZƏRTAC xəbər verir ki, “Qələbənin səsləri. Novorossiysk” I beynəlxalq musiqili-bədii yaradıcılıq müsabiqəsi Rusiyanın Novorossiysk şəhərində təşkil olunub. Yaradıcılıq yarışında 11-13 yaşında şagirdlər iştirak ediblər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisəsi- Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbinin 5-ci sinif şagirdi Aylin Əsədli müsabiqəyə qatılıb. O, mötəbər münsiflər heyətinin qərarı ilə fortepiano üzrə 1-ci dərəcəli diploma - laureat adına layiq görülüb.
Aylinin qazandığı nailiyyətdə müəllimi Ülviyyə Məlikovanın zəhməti qiymətləndirilərək, ona "Təşəkkürnamə məktubu" təqdim olunub.