Qusar Dövlət Rəsm Qalereyasında “20 Yanvar uşaqların gözü ilə” adlı sərgi açılıb
Qusar, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Rəsm Qalereyasında “20 Yanvar uşaqların gözü ilə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Qusar Uşaq İncəsənət Məktəbinin və rayonun digər təhsil ocaqlarının şagirdlərinin çəkdiyi 30 rəsm əsəri nümayiş etdirilir.
Sərginin ilk günü rayon məktəblərində təhsil alan şagirdlər 20 Yanvarı təsvir edən rəsmləri izləyiblər. Qalereyanın bələdçiləri həm rəsmlər haqqında, həm də yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələr barədə məktəbliləri ətraflı məlumatlandırıblar.
Qusar Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə təşkil olunan sərgi bir həftə davam edəcək.