Qusar rayonunda polis əməkdaşları saxta əskinasdan istifadə edən şəxsləri saxlayıb
Bakı, 5 aprel, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gəlmiş şəxslərin alış-veriş edib 1 ədəd 100 dollarlıq saxta əsginas verməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.
Faktla bağlı təhqiqatlar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]