RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə xidmətləri üzrə lisenziyalaşdırmanın vəziyyəti və bununla bağlı müraciətlərə baxılması haqqında məsələlərə dair ətraflı məlumat vermişdir. O, lisenziyaların genişləndirilməsi, əhaliyə xidmətin daha da yaxşılaşdırılması, telefon danışıqlarının tariflərində dəyişikliklər aparılmasının vacibliyini vurğulamışdır.
Nazir müavini İ.Məmmədov lisenziyalaşdırmanın vəziyyəti ilə bağlı məruzə etmişdir. O bildirmişdir ki, bu sahədə yeni qaydalar qüvvəyə minənədək “Bakcell”, “AzEuroTel”, “Azercell Telekom” və s. müəssisələrlə müqavilələr bağlanmışdır. İndiyədək hüquqi və fiziki şəxslərə ümumilikdə 65 lisenziya verilmişdir. Bu lisenziyalardan bir hissəsinin müddəti qurtarmış, bir hissəsinin vaxtı uzadılmış, bəziləri isə ləğv edilmişdir. Hazırda rabitə xidmətləri üzrə lisenziya almış 23 müəssisə fəaliyyət göstərir.
İclasda maliyyə, uçot və iqtisadi təhsil şöbəsinin müdiri Rəşad Nəbiyev 2006-cı ilin büdcə layihəsinin təsdiq edilməsi, sabit telefon rabitəsi üçün aylıq abunə haqqının və bütün telefon, o cümlədən mobil beynəlxalq telefon danışıqlarının tariflərində dəyişikliklər aparılması haqqında məlumat vermişdir.
Kollegiya iclasında televiziya və radio yayımı, şəhərlərarası və beynəlxalq rabitənin vəziyyəti, beynəlxalq istiqamətlərdə trafik analizi barədə məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]