RADİASİYA ŞƏRAİTİ NORMADADIR
Hava şəraitinin dəyişməsinin Qəbələ radiolokasiya stansiyasının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bu barədə xəbər verərək, Qəbələdə və onun həndəvərindəki rayonlarda radiasiya fonunun guya normadan artıq olması barədə kütləvi informasiya vasitələrinin məlumatlarını da təkzib etmişlər.
Nazirliyin Milli monitorinq xidməti radiasiya fonunu müntəzəm olaraq yoxlayır və bu günədək radiasiya səviyyəsinin hər hansı dərəcədə artması qeydə alınmamışdır.
Nazirlikdən onu da bildirmişlər ki, hazırda Milli monitorinq xidmətinin Qəbələ rayonunda yerləşəcək ekspedisiyasının komplektləşdirilməsinə dair iş aparılır. Ekspedisiyanın əsas fəaliyyəti Qəbələ rayonunda və qonşu rayonlarda ətraf mühitin hərtərəfli monitorinqini təmin etməkdən ibarət olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]