CƏMİYYƏT
Ramin Bayramlı: Yoluxmalar daha çox lokal müəssisələrdə aşkar edilir
Bakı, 15 may, AZƏRTAC
Yoluxmalar daha çox lokal müəssisələrdə aşkar edilir. Həmin müəssisələrin rəhbərləri, əməkdaşları məsələyə məsuliyyətsiz yanaşıb. Eyni zamanda, ən böyük təhlükəni biznes mərkəzlərində görürük.
AZƏRTAC xəbər verir ki, bunu mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, belə yerlərdə liftlərdən istifadə hallarının sayı minimuma endirilməli, insanlar pilləkəndən istifadə etməlidirlər: "Bakı Tikiş Evində 64 nəfər virusa yoluxub və onların müalicəsi hazırda davam edir. Həbsxanalarda da yoluxma halı müşahidə olunub. Hazırda ölkədə 46 məhbus COVID-19 yoluxub".