Regional idman idarələrinin rəisləri ilə görüş keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Gənclər və idman nazirinin müavini Mariana Vasileva qurumun regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.
Ardınca "İdman Paytaxtı" Quba şəhərində və regionlarda keçirilən tədbirlər haqqında videoçarx nümayiş olunub, videotəqdimat edilib və hesabat verilib. Kütləvi idman tədbirləri, idman təhsili məsələləri, bölgələrdə idman menecmenti istiqamətləri, "Üzməyi öyrənək" layihəsinin yekun hesabatı və digər məsələlər müzakirə edilib.
Tədbirdə "Sağlam həyat" səyyar layihəsi haqqında videoçarx nümayiş edilib. Səyyar maşınının regionlarda təşkil olunacaq "Sağlam həyat" layihəsində faydalı olacağı qeyd edilib.