Rəqəmsal sosial nailiyyətlərə görə ƏƏSMN daha iki beynəlxalq mükafat qazanıb
Bakı, 9 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi Almaniyada təşkil olunan “Rəqəmsal rabitə mükafatları 2024” müsabiqəsində yüksək qiymət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə müsabiqənin “İnnovativ kommunikasiya” kateqoriyası üzrə mükafata layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, İsrail, Türkiyə, İsveçrə, Almaniya və digər ölkələrin 150-yə yaxın qurumu iştirak edib.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi isə ABŞ-ın “OnCon Icon Awards 2024” müsabiqəsinin “10 ən yaxşı texnologiya komandası” kateqoriyası üzrə qalib seçilib. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən “Dell Technologies”, “EY”, “Microsoft”, “Walmart” və texnologiya sahəsində fəaliyyət göstərən digər 200-ə yaxın təşkilat iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]