Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Bölgələrimiz inkişaf və tərəqqinin ünvanına çevrilib

Rəşad Mahmudov: Bölgələrimiz inkişaf və tərəqqinin ünvanına çevrilib

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan sürətlə dəyişir, yeniləşir. Bu gün təkcə paytaxt Bakı şəhəri deyil, respublikamızın bütün bölgələri inkişaf və tərəqqinin ünvanına çevrilib. Artıq ən ucqar rayonlarımız həyatın bütün sahələrində müasir inkişaf tempinə görə könül oxşayır. Ölkənin bir sıra bölgələrində nəhəng layihələr reallaşdırılır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin regional inkişafı daim diqqət mərkəzində saxlaması həyata keçirilən tədbirlərin həm keyfiyyətinə, həm də sürətlənməsinə müsbət təsir göstərir. Dövlət başçısının yanvarın 30-da Gəncə şəhərinə rəsmi səfəri də bunun bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib: Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib: “Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam”.

Şəhərdə bir çox infrastruktur layihələrinin icra olunduğunu söyləyən deputat bildirib ki, elektrik enerjisi təchizatı yüksək səviyyədə reallaşıb, enerji istehsalı gücü 220 meqavat olan 10 yarımstansiya yenidən tikilib və əsaslı təmir edilib. Eyni zamanda, qazlaşdırma sahəsində də uğurlu nəticə əldə olunub. Yaxın gələcəkdə icrasının yekunlaşacağı nəzərdə tutulan içməli su layihəsinin gerçəkləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bütün bunlarla bərabər, yol infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, Gəncəyə gedən yollar müasir standartlara uyğun şəkildə bərpa olunub. Bakı-Gəncə avtomobil yolunun, eləcə də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Yeri gəlmişkən, bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Gəncədən digər şəhərlərə açılan yollarda da əsaslı təmir işləri aparılıb. Həmçinin şəhərdən Bakıya dəmir yolu xətti də tam modernləşdirilib. Hazırda paytaxtdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürət qatarları işləyir. Həmin qatarlar vaxt və rahatlıq baxımından olduqca əlverişlidir.

“Burada zəruri bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, dünyada hər bir xalqın gündəliyində təhsil hər zaman önəmli mövqeyə malik olub. Azərbaycanda da bu məsələyə istər ulu öndər Heydər Əliyev, istərsə də dövlətimizin başçısı İlham Əliyev tərəfindən daim prioritet istiqamət kimi yanaşılıb. Bu yöndə lazımi vacib məsələlər yüksək səviyyədə icra edilib. Gəncədə də bu istiqamətdə, eləcə də səhiyyə sahəsində önəmli tədbirlər həyata keçirilib, infrastruktur yenilənib. Məsələn, burada 245 çarpayılıq xəstəxana yenidən tikilib, 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Həmçinin 30-dan çox məktəb inşa və təmir edilib. Tələbələrin sosial şəraitinin yaxşılaşdırılması da unudulmayıb. Məsələn, Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Dövlətimizin başçısı yuxarıda adı çəkilən müsahibəsində bu yöndə icra edilən layihələr barədə fikirlərini açıqlayıb: “Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi. Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir”.

Gəncə regional Dövlət proqramlarının icrasında həmişə xüsusi yerə malik olub. Şəhərin inkişafı və problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Sakinlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər görülüb. Burada bir neçə il əvvəl “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Anında göstərilən nümunəvi xidmət və şəffaflıq baxımından quruma tələbat artıb. Ona görə də “ASAN xidmət” mərkəzləri şəbəkəsi genişləndirilib. Lakin bu da tələbatı tamamilə ödəmədiyindən şəhərdə ikinci “ASAN xidmət” mərkəzi yaradılıb”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Rəşad Mahmudov qeyd edib ki, Vətən müharibəsi günlərində Gəncə erməni faşizminin cinayətkar əməllərinə qarşı mərdliklə sinə gərib. Həmin dönəmdə şəhərə Ermənistan ordusu tərəfindən 13 raket atılıb. Onlardan 8-i partlayaraq insanların həyatına son qoyub və infrastruktur sahələrinə böyük ziyan vurub. Təəssüf ki, bu hərbi cinayət zamanı aralarında uşaqlar da olmaqla 26 Gəncə sakini həlak olub. Lakin Azərbaycan bu vəhşiliyi cavabsız qoymayıb. Ordumuz döyüş meydanında işğalçını layiqli şəkildə cəzalandırıb.

Dövlətimizin başçısı AZƏRTAC-a müsahibəsində Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan və Köçəryanın, eləcə də indiki Ermənistan hakimiyyətinin hərəkətlərində, sözlərində faşizmin bu gün də yaşadıldığını, bunun işğalçı ölkənin paytaxtında - İrəvanda Njdeyə qoyulan abidə ilə sübuta yetirildiyini xatırladıb. Yeri gəlmişkən, Azərbaycan Prezidenti faşizm ideologiyasının daşıyıcısı olan Njdeni ilk dəfə olaraq, siyasi müstəviyə gətirib, onun faşist xisləti haqqında beynəlxalq aləmi məlumatlandırıb. İnsanlığın düşməni olan bir cəlladın qəhrəman kimi dünyaya təqdim olunması erməni ideologiyasının mahiyyətcə çürüklüyünü əks etdirir. Faşizmin köləsi olan Njdenin ifşası istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidenti hər cür alqışa layiqdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb