RESPUBLİKA AĞSAQQALLAR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
İdarə heyətinin sədri, akademik Budaq Budaqov gündəlik məsələyə keçməzdən əvvəl dövlətimizin başçısı İlham Əliyevin alimlərimizin və tələbələrimizin maddi vəziyyətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan sərəncamlarının əhəmiyyətini xüsusi vurğulamışdır. Bunu elmimizin inkişafına, elm adamlarına yüksək diqqət və qayğının təzahürü kimi dəyərləndirmişdir.
Gündəlikdə duran məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin sanitariya-gigiyena mərkəzi direktorunun müavini Fariz Babayevin məruzəsi dinlənildi. Məruzədə qeyd olunmuşdur ki, Kür çayının daşması ilə bağlı adı çəkilən rayonlarda su gölməçələrinin sayı təxminən 4 dəfə artmış, kanalizasiya xətləri dağıldığından çirkab içməli sulara qarışmışdır. Belə vəziyyət malyariya və başqa keçici xəsəliklərin yaranmasına və yayılmasına səbəb ola bilər. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi həmin rayonlara mütəxəssislər ezam etmiş, adı çəkilən bölgələrdə 20-dən artıq xüsusiləşdirilmiş mərkəz yaradılmışdır.
Bu işdə “Sərhədsiz Həkimlər”, YUNİSEF kimi hümanitar təşkilatların da yaxından iştirak etdiyini vurğulayan natiq bildirmişdir ki, bununla əlaqədar 300-hektara yaxın ərazidə durğun su gölləri qurudulmuş və yaxud zərərsizləşdirilmiş, ərazidəki sakinlər ciddi müayinə olunmuşlar.
Məruzə ətrafında çıxışlarda bildirilmişdir ki, həyata keçirilən tədbirlərə baxmayaraq həmin bölgələrdə keçici xəstəliklərin yaranması və yayılması ehtimalı hələ də qalmaqdadır. Bu məsələni bir an da diqqətdən kənarda qoymaq olmaz.
Budaq Budaqov iclasa yekun vuraraq, Ağsaqqallar Şurasının fəaliyyətinin gücləndirilməsinin, rayon şöbələri ilə əlaqələrin möhkəmləndirilməsinin, respublikanın ictimai həyatında daha fəal iştirakın vacibliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Qızıl və gümüş bahalaşıb
- [10:20]
Birjalarda neft ucuzlaşıb
- [10:16]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [18:31]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:21]