Rick Perry: ABŞ texnoloji inkişaf sayəsində enerji inqilabı yaşayır
Bakı, 9 mart, AZƏRTAC
ABŞ texnoloji inkişaf sayəsində enerji inqilabı yaşayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ enerji naziri Rick Perry Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” konfransındakı çıxışında deyib.
O qeyd edib ki, ABŞ enerji istehsalında daha həssas hərəkət etməli və təmiz enerjiyə fokuslanmalıdır. Enerji sektorundakı yeni texnoloji inkişaf və innovasiyalar sayəsində ABŞ-da enerji inqilabı yaşanır.
“Hyuston və Texas dünyanın enerji paytaxtı olub. Enerji sektorunda güclü bir optimizm var və ABŞ-da da yeni bir enerji realizmi yaşanır. 1970-ci illərdə ABŞ-da enerji qıtlığı yaşanırdı və həmin dövrdə ölkənin xaricdən asılı olan enerji siyasəti səhv idi. Son 10 ildə ABŞ-ın şist nefti və qazı istehsalı sürətlə artıb. ABŞ keçən il xalis təbii qaz ixracatçısı olub. İndiyə qədər ABŞ-dan 27 ölkəyə mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edilib və keçən il əvvəlki illə müqayisədə kömür ixracı da 56 faiz artıb. Hazırda ənənəvi enerji mənbələri qlobal enerji istehlakının 80 faizini təşkil edir. 2005-2017-ci illərdə ABŞ karbon emissiyalarını 14 faiz azaldıb və bu sahədə dünyada liderdir. ABŞ bərpa olunan enerji mənbələrinə və nüvə enerjisinə daha çox diqqəti yönəldəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]