Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riqada “Heydər Əliyev irsi və Azərbaycanın inkişafı” mövzusunda konfrans keçirilib

Riqa, 9 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycanın Latviyadakı səfirliyində konfrans keçirilib. “Heydər Əliyev irsi və Azərbaycanın inkişafı” mövzusunda konfransda bu ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən siyasət, elm və mədəniyyət xadimləri, media nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev, qalibin yolu” sənədli filmi nümayiş olunub.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərliyi illərində ölkəmizi ən qabaqcıl respublikalar sırasına çıxardığını qeyd edən C.Axundov bu dönəmdə Azərbaycanda iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, inşaat və digər sahələrdə böyük tərəqqinin baş verdiyini diqqətə çatdırıb. Həmin illərdə ölkəmizdə qurulan böyük sənaye-istehsal müəssisələrinin bu gün də öz bəhrəsini verdiyini qeyd edən diplomat bütün bunların Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə hesablanmış uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib. Dahi şəxsiyyətin təşəbbüsü və ağır zəhməti ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasının həmin dövr üçün çox cəsarətli addım olduğunu qeyd edən səfir sonradan bu məktəbin məzunlarının müstəqil Azərbaycanın ordu quruculuğunda böyük rol oynadıqlarını diqqətə çatdırıb.

Elm, təhsil, mədəniyyət sahələrində əldə edilmiş nailiyyətlərdən bəhs edən C.Axundov ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin və ədəbiyyatının inkişafında böyük xidmətlərini vurğulayıb, bu baxımdan 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində əbədiyaşar liderin əvəzsiz rol oynadığını bildirib.

Böyük idarəçilik qabiliyyətinə, zəngin biliyə və təcrübəyə sahib Heydər Əliyevin xidmətlərinin o zaman Sovet İttifaqı rəhbərliyində yüksək qiymətləndirildiyini və dahi şəxsiyyətin ittifaq rəhbərliyinə gətirildiyini qeyd edən səfir sonradan SSRİ-nin rəhbəri Mixail Qarbaçovun Heydər Əliyevə və Azərbaycan xalqına qarşı yürüdüyü qərəzli siyasətə etiraz əlaməti olaraq Ulu Öndərin 1987-ci ildə Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdiyini bildirib. Heydər Əliyevin 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdiyini xatırladan səfir onun Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Heydər Əliyevin sovet rəhbərliyindən istefasından dərhal sonra başlandığını qeyd edən diplomat Ümummilli Liderin SSRİ-də vəzifədə olarkən ermənilərin uzun illər planlaşdırdığı bu çirkin cəhdlərinin qarşısını dəfələrlə aldığını bildirib.

Azərbaycanın dövlət müstəqilliyinin əvvəllərində məruz qaldığı ağır iqtisadi tənəzzül və müharibə illərində Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdaraq ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdiyini qeyd edən C.Axundov bu gün müstəqil və çiçəklənən Azərbaycanın Heydər Əliyevin əmanəti olduğunu söyləyib. Bu ağır illərdə işğalçı Ermənistanla atəşkəsə nail olaraq, ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin və həmrəyliyin bərqərar olunmasında Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu qeyd edən səfir dahi şəxsiyyətin reallaşdırdığı genişmiqyaslı iqtisadi islahatlar, müstəqil enerji siyasəti, ordu quruculuğu, Konstitusiyanın qəbulu və digər demokratik islahatların bu gün də öz bəhrəsini verdiyini söyləyib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının bu gün uğurla reallaşdırıldığını qeyd edən səfir bunun ölkəmizin neft gəlirlərinin artması ilə nəticələndiyini bildirib. Qeyd edib ki, neftdən əldə olunan maliyyə resursları əhalinin sosial rifahının yüksəldilməsinə və ölkədə sürətli iqtisadi artımın maliyyələşdirilməsinə geniş imkanlar açıb. Son on il ərzində Azərbaycan dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən birinə çevrilib. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət ümumi daxili məhsulun nominal həcminin və əhalinin real gəlirlərinin 6-7 dəfə artmasına, yoxsulluğun səviyyəsinin 5 faizdən də aşağı düşməsinə səbəb olub. Nəticədə əhalinin sosial rifahı dəfələrlə yüksəlib.

Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat və infrastruktur layihələrindən danışan səfir Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, habelə Azərbaycanda qurulan müasir nəqliyyat-logistika infrastrukturu barədə ətraflı məlumat verib. Bu gün Azərbaycanın Avroasiya məkanının etibarlı enerji və ticarət tərəfdaşına çevrildiyi və bütün bunların vaxtilə Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli xarici iqtisadi siyasətin nəticəsi olduğu bildirilib.

Latviyanın sabiq prezidenti Valdis Zatlers ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin əvəzsiz olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin təkcə müasir müstəqil Azərbaycanın qurucusu deyil, həm də ölkədəki böyük iqtisadi inkişafın təməlini qoyan fenomenal şəxsiyyət olduğunu deyib. Heydər Əliyev ilə şəxsən tanış olmasından və bu gün onun qurduğu Azərbaycanda müşahidə edilən böyük inkişafdan məmnunluğunu ifadə edən Valdis Zatlers Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıb.

Latviyalı tanınmış yazıçı Yanis Udris ulu öndər Heydər Əliyev haqqında nümayiş etdirilən filmdən təsirləndiyini vurğulayaraq dahi şəxsiyyətin dünya miqyaslı siyasətçi və lider olduğunu söyləyib. Sovet İttifaqının dağıldığı ağır dönəmdə Heydər Əliyev kimi dahi liderin və xilaskarın ölkəmizdə rəhbərliyə qayıdışını “Azərbaycan xalqının bəxtinin gətirməsi” kimi qiymətləndirən yazıçı, Ümummilli Liderin taleyin Azərbaycan xalqına töhfəsi olduğunu bildirib. Heydər Əliyevin yüksək mənəvi keyfiyyətlərindən bəhs edən yazıçı onu zərif təbəssümlü və öz sevgisinə sadiq insan kimi əsl liderə xas nadir cəhətləri özündə birləşdirdiyini söyləyib.

Latviya Prezidentinin milli azlıqlar üzrə müşaviri və “Ocaq” Azərbaycan diaspor cəmiyyətinin sədri Roman Əliyev ulu öndər Heydər Əliyevin böyük lider və fenomenal şəxsiyyət olması ilə yanaşı, onun ən əsası xalqının dəyərli övladı olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin güclü liderlik, zəngin təcrübə və idarəçilik qabiliyyətlərinə görə Sovet İttifaqı rəhbərliyinə gətirildiyini qeyd edən R.Əliyev böyük şəxsiyyətin elm, təhsil və mədəniyyət sahələrinə yüksək diqqət yetirdiyini, ölkənin tanınmış elm və mədəniyyət xadimlərinə sonsuz qayğı göstərdiyini deyib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə xalqımızı təbrik edən Roman Əliyev mayın 10-nun Azərbaycan tarixində ən əlamətdar gün olduğunu söyləyib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib