Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunun qalibi açıqlanıb
Buxarest, 5 may, AZƏRTAC
Rumıniyada keçirilmiş təkrar prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən, Milliyyətçi Rumınların Birləşməsi Alyansının lideri Corce Simion seçkilərin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Corce Simion səslərin 40,96 faizini toplayıb.
İkinci yerdə Rumıniya paytaxtı Buxarestin müstəqil meri olan Nikuşor Dan qərarlaşıb – o, seçicilərin 20,99 faizinin dəstəyini qazanıb.
Simion, həmçinin xaricdə yaşayan rumınlar arasında da üstünlük qazanıb – 99,99 faiz səslərin hesablanmasından sonra o, 69,99 faiz səs toplayıb. Nikuşor Dan isə 25,45 faizlə ikinci olub. Seçkilərdə iştirak edənlərin ümumi sayı 53,21 faiz təşkil edib.
İkinci tur seçkiləri mayın 18-də baş tutacaq. Bu mərhələdə seçicilər Corce Simion ilə Nikuşor Dan arasında seçim edəcəklər.
Qeyd edək ki, Rumıniyada prezident seçkiləri təkrar keçirilir. Ötən il, 24 noyabr 2024-cü ildə baş tutan ilk turun nəticələri Rumıniyanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi. Səbəb olaraq milliyyətçi namizəd Kalin Corceskunun seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, seçki prosesində istifadə olunan rəqəmsal infrastrukturun haker hücumlarına məruz qalması və sübuta yetirilməmiş, lakin ehtimal olunan xarici – o cümlədən Rusiya müdaxiləsi göstərilmişdi.
Beynəlxalq aləmdə və Rumıniya daxilində qalmaqala səbəb olan bu qərar hökumət tərəfindən qəbul edilərək, yeni prezident seçkilərinin keçirilməsi barədə qərar verilmişdi.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]