RUSİYA FEDERASİYASI PREZİDENTİNİN XANIMI LYUDMİLA PUTİNANIN BAKIYA SƏFƏRİ
ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT
Hörmətli qonağı Azərbaycan Respublikası Baş nazirinin xanımı Mehriban Əliyeva, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Rusiyanın ölkəmizdəki səfiri Nikolay Ryabov və xanımı müşayiət edirdilər.
Mehriban xanım Əliyeva qonağa Şəhidlər xiyabanının yaranma tarixi və səbəbləri, 20 yanvar faciəsi barədə ətraflı məlumat verdi.
Xanım Lyudmila Putina Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Sonra xanım Putina Azərbaycan paytaxtını seyr etdi, xatirə şəkli çəkdirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]