Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç,
Tümen yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 aprel 2012-ci il.