RƏSMİ XRONİKA
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç!
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı - Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Rusiya Sizin rəhbərliyinizlə iqtisadiyyatın və sosial sahənin yenilənməsi, siyasi sistemin modernləşdirilməsi, demokratiyanın genişlənməsi, vətəndaş məsuliyyətinin artırılması, dünya birliyində ölkənin nüfuzunun möhkəmlənməsi proqramlarının həyata keçirilməsi yolunda inamla irəliləyir.
Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Əminəm ki, bu ənənələrə əsaslanan dövlətlərarası münasibətlər, ikitərəfli əməkdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, bütün Rusiya xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2013-cü il.