RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının birinci Prezidenti Boris Nikolayeviç Yeltsinin vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Boris Nikolayeviç Yeltsin tarixə görkəmli dövlət xadimi, Rusiyada köklü demokratik dəyişikliklər epoxasının başlanğıcını qoymuş qətiyyətli və böyük siyasətçi kimi daxil olmuşdur. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yeni dövlətlərarası münasibətlərin yaranması və inkişafı Boris Nikolayeviçin adı ilə bağlıdır.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Boris Nikolayeviç Yeltsinin doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 aprel 2007-ci il.