Rusiya Krasnodar və Adıgeyə dron hücumunda Ukraynanı ittiham edir
Bakı, 28 fevral, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyi Ukraynanın fevralın 28-nə keçən gecə Krasnodar vilayətinin və Adıgey respublikasının mülki infrastruktur obyektlərinə dronlar vasitəsilə hücuma cəhd göstərdiyini bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, nazirliyin məlumatına görə, PUA-lar Rusiya Silahlı Qüvvələrinin radio-elektron mübarizə bölmələri tərəfindən zərərsizləşdirilib. Hər iki PUA idarəetməni itirib və uçuş trayektoriyasından yayınıb. Onlardan biri sahəyə düşüb, digəri isə trayektoriyadan yayınıb və hücum edilən infrastruktur obyektinə zərər vura bilməyib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bir qədər sonra bildirib ki, pilotsuz uçan aparat Kolominsk rayonunda qaz kompressor stansiyasının 100 metrliyində yerə düşüb. Hadisə nəticəsində dağıntı və xəsarət alanlar olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]