Rusiya və Türkiyə XİN başçıları Dehlidə görüşüblər
Moskva, 1 mart, AZƏRTAC
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Dehlidə görüşüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkədəki səhifəsində məlumat verib.
Qeyd edək ki, Rusiya XİN başçısı fevralın 27-28-də Azərbaycana səfər etmişdi. O, Bakıdan Hindistanın paytaxtı Dehliyə “Böyük iyirmilik” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün gedib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]