Rusiyada iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb
Bakı, 26 iyul, AZƏRTAC
Rusiyanın Tambov vilayətindəki Krasnosvobodnoe kəndindən keçən magistral avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həlak olanlardan birinin beşaylıq körpə olduğu bildirilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ağır yol-nəqliyyat qəzası “Mitsubishi Lancer” markalı avtomobilin qarşıdan gələn “Lada Kalina”nın yoluna çıxması nəticəsində baş verib. İnsident nəticəsində avtomobillərdən birinin 51 yaşlı qadın sürücüsü və onun beşaylıq körpə nəvəsi yerindəcə keçiniblər. “Lada Kalina”nın daha bir sərnişini ağır yaralanıb. “Mitsubishi Lancer”in sürücüsü də xəstəxanada keçinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]