Rusiyada informasiya texnologiyaları sahəsində vergi güzəştləri hazırlanır
Bakı, 23 iyul, AZƏRTAC
Rusiya hökuməti informasiya texnologiyaları sahəsi üzrə vergi manevri etmək barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, layihəyə əsasən, gələn ildən bu sahədə gəlir vergisinin dərəcəsi 20 faizdən 3 faizə, sosial sığorta haqqı isə 14 faizdən 7,6 faizə endiriləcək.
Bildirilib ki, vergi dərəcəsinin 3 faizə salınması mənfəətin yalnız federal xəzinəyə köçürülməli olan hissəsinə aid olacaq. Regional büdcələrə köçürülən hissə üçünsə verginin dərəcəsi sıfır olacaq. Sosial sığorta haqqı ümumilikdə 7,6 faiz təşkil edəcək: icbari sığorta fondu üçün köçürmə 6 faiz, icbari sosial müdafiə haqqı 1,5 faiz, icbari tibbi sığorta haqqı isə 0,1 faiz olacaq.
Rusiyada informasiya texnologiyalarının inkişafı məqsədi daşıyan bu təklif bir qədər əvvəl ölkə prezidenti tərəfindən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]