Rusiyalı müşahidəçi: Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb
Salyan, 11 aprel, Mahir Babayev, AZƏRTAC
Salyanda bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etmişik. Məntəqələr müasir avadanlıqla təchiz olunub. Ən əsası budur ki, seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb. Bu onu göstərir ki, prezident seçkilərinə ciddi hazırlıq görülüb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində rusiyalı müşahidəçi Aleksandr Yablokov söyləyib.
O deyib: “Azərbaycanda prezident seçkiləri yüksək əhval-ruhiyyədə keçir. Deyərdim ki, bu seçkilər ölkədə demokratiyanın inkişafı üçün növbəti mühüm addımdır. Müşahidə apardığım məntəqələrdə növbələrin şahidi oldum. İnsanlar məntəqələrə gələrək fəallıqla seçici hüququndan istifadə edirdilər. Dairə və məntəqələrdə həm də çoxsaylı müşahidəçilər gördüm. Deyə bilərəm ki, seçkilər azad, demokratik və şəffaf keçir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında
- 11.06.2026 [18:55]
Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO
- 11.06.2026 [17:57]