RUSİYANIN CƏNUBUNDA DAŞQIN
Rusiyanın Fövqəladə Hallar Nazirliyindən İTAR-TASS-ın müxbirinə bildirmişlər ki, ölkənin cənubunda baş vermiş daşqın nəticəsində həlak olanların sayı 53 nəfərə çatmışdır. Stavropol diyarında 31 nəfər, Qaraçay-Çərkəzdə 10 nəfər, Şimali Osetiyada 3 nəfər, Kabarda-Balkarda 1 nəfər həlak olmuşdur. Həlak olanların sayı daim dəqiqləşdirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Cənub federal dairəsinin 219 yaşayış məntəqəsində 2 mindən çox ev dağılmış, 3 mindən çoxu zədələnmiş, 35 mindən çox evi su basmışdır. 63 kilometr qaz kəməri, 214 avtomobil körpüsü, 731 kilometrdən çox avtomobıl yolu, 6 kilometr dəmir yolu xətti, 83 kilometrdən çox elektrik xətti, təxminən 8 min kilometr su kəməri zədələnmişdir. 88 yaşayış məntəqəsində elektrik xətləri qırılmışdır. Dəymiş zərərin məbləği müəyyənləşdirilir. Təkcə Stavropol diyarına 2 milyard rubldan çox zərər dəymişdir.
Çeçenistanda daşqının nəticələrinin aradan qaldırilmasında 13,5 min hərbçi, 585 hərbi avtomobil, 300 zirehli texnika iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]