SAATLIDA ZƏMİLƏR BECƏRİLİR
Saatlı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildə 14 min 500 hektar sahədə taxıl əkilmişdir.
Rayonda seleksiyaçı alim, akademik Cəlal Əliyevin yetişdirdiyi “Nurlu”, “Bərəkətli”, “Əzəmətli” və digər buğda növlərinə üstünlük verilmişdir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yerli idarəsinin ehtiyatında 4 min tonadək mineral gübrə vardır. Gübrə, istehsalçılara hər hektara 300 kiloqram hesabı ilə 50 faiz güzəştlə satılacaqdır. Qısa müddətdə 500 hektara gübrə verilərək suvarma aparılmışdır.
Ümumiyyətlə, cari ildə hər hektardan 42 sentner məhsul götürülməklə rayonun taxıla tələbatının yenə də yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]