Sabah paytaxta hava əsasən yağmursuz olacaq
Bakı, 11 may, AZƏRTAC
Mayın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu gecə 11-15° isti, gündüz 20-24° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 21-26° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.