Sabirabad kümçüləri 5 tondan çox barama təhvil veriblər
Sabirabad, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonu üzrə 91 təsərrüfatda barama bəslənilib və hazırda məhsul tədarük davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabaddan olan kümçülər 20 günə yaxındır bəslədikləri baramaları təhvil verirlər. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il kümçülərə, ümumilikdə, 180 qutu olmaqla 3 kiloqram 420 qram ipəkqurdu toxumu paylanılıb. Həmçinin baramaçılığın inkişafı üçün rayon ərazisində tut bağlarının da sahəsi genişləndirilib. Rayon ərazisində Çin mənşəli və yerli çəkil ağacları olmaqla, 292 min ədəddən artıq tut ağacı var ki, bu da istehsalın artırılmasına böyük imkanlar yaradıb.
Bu günə kimi rayon kümçüləri tərəfindən 5071.7 kiloqram yaş barama təhvil verilib. Hazırda tədarük davam edir və rayon üzrə builki məhsul hədəfi 7200 kiloqramdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]