CƏMİYYƏT
Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı, 18 sentyabr, AZƏRTAC
Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansındakı "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla, 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 30.09.2023 [17:34]
Bu gün Bakının 547 küçəsi yuyulub
- 30.09.2023 [17:31]
Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq
- 30.09.2023 [17:20]