SABİRABADDA YAZ ƏKİNİNƏ HAZIRLIQ GÖRÜLÜR
Sabirabad Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildə torpaq istifadəçiləri ilkin proqnozlara görə 22,3 min hektar sahədə yazlıq bitkilər əkməyi nəzərdə tutmuşlar. Rayonda 10 min hektar sahəyə çiyid səpiləcəkdir.
Ötən müddətdə mexaniki suvarma idarəsi 77 nasos stansiyasındakı 143 aqreqatdan 140-nı sazlamış, 36 kilometr uzunluqda kanalları lildən təmizləmiş, habelə 8 kilometr uzunluqda yeni kanal qazıb istifadəyə vermişdir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Güdəcühür ərazi nümayəndəliyində yaradılan “Aqrotexservis” filialına müxtəlif markalı kənd təsərrüfatı maşın və mexanizmləri alınaraq mövsümi işlərin icrasına yönəldilmişdir. Hüquqi və fiziki şəxslərin mülkiyyətindəki müxtəlif təyinatlı maşınların 80 faizi mövsümə tam hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]