Sabunçu rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb
Bakı, 19 may, AZƏRTAC
Sabunçu rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 16-da Sabunçu rayonu ərazisindəki evlərin birindən 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.İsayev Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Mayın 6-da isə rayon ərazisindəki evlərin birindən televizor, tozsoran və 3 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Qəzənfərov və H.Qurbanov şöbənin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]