Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb
Naxçıvan, 10 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şahbuz-Batabat magistralında "VAZ 21013" markalı avtomobilin aşması nəticəsində Şahbuzun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]