Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Bakı Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda konfrans keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, sahibkarlar iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail olunduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, dördüncü ildir ki, qeyd edilən Sahibkarlar Gününün sahibkarlığa göstərilən yüksək diqqətin və qayğının daha bir göstəricisi olduğunu bildirib.

Konfransda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.

Sonra ölkəmizdə sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən "Dayanıqlı inkişafın əsası - sahibkarlıq" filmi nümayiş olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafının, sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətləri olduğunu qeyd edib. Bildirilib ki, sosial islahatlar paketinin yeni uğurları kimi, 2019-cu ildə minimum əməkhaqqı və minimum pensiya, sosial müavinət və təqaüdlər artıb, bu və digər mühüm tədbirlər əhalinin rifahına ciddi dəstək olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və deputat Vahid Əhmədov çıxışlarında iqtisadiyyat və sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar.

Vergilər nazirinin müavini Sahib Ələkbərov vergi sistemində aparılan dəyişikliklərin əsas istiqamətləri, vergiödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə sahibkarlığın rolundan bəhs edib, dövlətin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə çıxış edib.

ASK-nın prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfələrini verirlər. M.Musayev Konfederasiyanın bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 12 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir və bu mexanizm yaxın müddətdə ölkənin digər inzibati ərazilərini də əhatə edəcək. Agentliyin digər mühüm layihəsi olan KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir. İlk KOB evi tezliklə Bakı şəhərində sahibkarların istifadəsinə veriləcək.

Sonra Bakı şəhərində yaradılmaqda olan və bu il istifadəyə verilməsi nəzərdə tutulan, sahibkarlara vahid məkanda xidmətlər göstərəcək "Kiçik və orta biznes evi"nin (KOB evi) təqdimatı keçirilib.

Konfransda çıxış edən sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində bir qrup sahibkar korporativ sosial məsuliyyət, fəal assosiasiya, intizamlı vergiödəyicisi, sosial sahibkarlıq, fəal ixracatçı şirkət, innovativ fəaliyyət və uğurlu KOB nominasiyaları üzrə təltif olunublar.

Konfransın sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

BMU-da tələbələr üçün real sənaye təcrübəsi yaradan laboratoriya imkanları genişləndirilir

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Yesil çayında “şəlalə”: Su bəndi Astanada yeni cazibə mərkəzinə çevrilib

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Mikayıl Cabbarov: İİB ilə əməkdaşlıqda KOB-ların inkişafı əsas prioritetlərdəndir

Rəşad Həsənov: Azərbaycan regional texnologiya mərkəzinə çevrilmək istiqamətində hədəflərini gücləndirir

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir

İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

“Milli nəğmələr” kitabı 107 il sonra yenidən nəşr olunub

Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir

Edinyo: Ronaldu ilə söhbətimdə onun dünya çempionatı üçün necə böyük məsuliyyət daşıdığını gördüm - EKSKLÜZİV MÜSAHİBƏ

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur

FHN Akademiyasında tədbir: Dövlət dilinin elmi şəkildə zənginləşməsi

UNITAR rəsmisi: İnnovasiya müasir inkişaf gündəliyinin əsas sütunlarından biridir

VK: 1 vəkil xaric olunub, 1-nə xəbərdarlıq edilib, 5-i cərimələnib

Nazir: İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir

Azərbaycanlı alimin portreti

Azərbaycan qlobal siyasi proseslərin aparıcı qüvvəsidir - ŞƏRH

® “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb YENİLƏNİB

ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alan azərbaycanlı gənc

Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin bərpasını milli ideyanın təcəssümü kimi qiymətləndiririk

İƏT Komissiyasının İcraçı direktoru: Azərbaycan qlobal toplantıların keçirildiyi beynəlxalq mərkəzə çevrilib - EKSKLÜZİV

Xalq artisti Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub

Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib

Hadi bin Əli əl-Yami: İslam İnkişaf Bankının bütün İslam dünyasında göstərdiyi səylər danılmazdır

İspaniyada dünya çempionatı ilə bağlı 66 mindən çox saxta futbol forması müsadirə olunub

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Əmək Məcəlləsinə dəyişiklik edilir

Magistraturaya qəbulun qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

İranla sazişə 300 milyard dollarlıq fond daxildir

Azərbaycan və Türkiyə alimləri iki qardaş ölkənin iqtisadi tərəfdaşlığını təhlil ediblər

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir

Media: ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fond yaradılmasını nəzərdə tutur

Boksçular Olimpiya ümidləri turnirinə yollanıblar

Çempionlar Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilir

Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət

Azərbaycan Böyük Dəbilqə turnirində 17 cüdoçu ilə təmsil olunacaq

Batumidə On Üçüncü Beynəlxalq Seçki Administrasiyaları Konfransı təşkil olunub

Fond: Beş il ərzində 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib

Günvurma zamanı nə etməli və nə etməməli?

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Cografiyaşünas-alim: Azərbaycanda yüksək temperatur təbii iqlim prosesidir

Xiyabanlarda tərənnüm edilən dostluq: Daşkənddəki Heydər Əliyev parkında gəzinti - REPORTAJ

“Real Madrid” Bernardu Silvanı transfer edib

Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

Dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi vacibdir

Yaponiya MERCOSUR ilə iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayacaq

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Azərbaycan–Türkiyə müttəfiqliyi konkret layihələr və praktik mexanizmlərlə strateji inteqrasiyanı dərinləşdirir - ŞƏRH

Neymar fərdi məşqlərə başlayıb

Fond: Ötən 5 ildə tələbə kreditləri proqramı üzrə 80 milyon manatdan artıq vəsait xərclənib

Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq dövrü elmi jurnalının növbəti nömrəsi nəşr edilib

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər

TTKF üzrə yüzlərlə tələbəyə güzəşt tətbiq olunub

Ötən beş ildə Təhsil Tələbə Krediti Fonduna 101 mindən çox müraciət daxil olub

Orxan Zeynalov: Azərbaycan regional enerji və rəqəmsal dəhlizlərin formalaşmasında mühüm rol oynayır

Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib

Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

İndoneziyada Levotobi vulkanı altı dəfə püskürüb

Fransa kəşfiyyatı ABŞ-nin “Palantir” şirkəti ilə əməkdaşlığa son qoyur

Bəzi ixtisaslar üzrə həkimlərin rezidenturasız regionlara göndərilməsi mümkün olacaq

Abşeron çimərliklərində hava necə olacaq?

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım VİDEO

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım VİDEO

Avropanın silah istehsalçıları narahatdır: KNDS qrupundan Almaniyaya sərt xəbərdarlıq

AZPROMO: Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib

Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər

Çində ilk Qlobal İdarəetmə Forumu keçiriləcək

Şavkat Mirziyoyev: Biz Xəzər dənizindən keçən Orta Dəhliz nəqliyyat marşrutunu inkişaf etdiririk

Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır

Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub

Vüqar Nadirov: “Qarabağ”ın Avropa Liqasında daha da irəli gedəcəyinə inanıram

Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyində və yaşıl keçiddə regional rolunu gücləndirir

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

Özbəkistan səfiri: Azərbaycanın sosial xidmətlər və rəqəmsal idarəetmə sahəsində təcrübəsini öyrənirik VİDEO

Özbəkistan səfiri: Azərbaycanın sosial xidmətlər və rəqəmsal idarəetmə sahəsində təcrübəsini öyrənirik VİDEO

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası olub

Fransada güclü istilər səbəbindən imtahanlar təxirə salına bilər

“Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” - təlim

Cevdet Yılmaz: Türkiyə TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcək

Alimlər xərçəngin müalicəsində yan təsirləri izləyən rəqəmsal alət hazırlayıblar

Azərbaycan regionda yeni geosiyasi reallıqların müəllifidir ŞƏRH

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik

Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyi tamam olur

FAO: Qlobal akvamədəniyyət istehsal həcminə görə ilk dəfə dəniz balıqçılığını geridə qoyub

Psixiatriya yardımı sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi nəzərdə tutulur

KOBİA: KOB-ların yaşıl keçidi üçün güclü tərəfdaşlıq və maliyyə dəstəyi vacibdir

Xəzər dənizində zəlzələ qeydə alınıb

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

Malayziya Mərkəzi Bankının sədr müavini: Hazırda ən aktual məsələlərdən biri gəlir və yaşayış xərcləri ilə bağlı təzyiqlərdir

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

Bu saata olan əsas xəbərlər

Azərbaycan millisinin futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

INCEIF: İslam maliyyəsi nəticəyönümlü və dayanıqlı maliyyə modelinə doğru inkişaf edir

Beksultan Adilxanov: Bakı-Şımkent birbaşa aviareysi turizm və birgə layihələr üçün yeni imkanlar yaradacaq