Sahibkarlar “Kazan Digital Week” onlayn forumunda iştiraka dəvət olunurlar
Bakı, 14 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 21-24-də “Kazan Digital Week” onlayn forumu keçiriləcək. Forumun məqsədi rəqəmsal texnologiyalar sahəsində ən qabaqcıl təcrübələri və yenilikləri əhatə edəcək platforma vasitəsilə intellektual nəqliyyat sistemləri, kibertəhlükəsizlik, innovasiyalar, maliyyə texnologiyaları və digər nailiyyətlərin təqdim edilməsidir.
Onlayn forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları “www.kazandigitalweek.com” saytına daxil olmaqla ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]