Sahibkarlar Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə məlumatlandırılıblar
Bakı, 28 fevral, AZƏRTAC
Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində sahibkarlarla görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 40-a yaxın sahibkarlıq subyekti, Dövlət Vergi Xidmətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə sahibkarlar Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb, vergi bəyannamələri ilə bağlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, sahibkarlara KOBİA-nın struktur bölmələri tərəfindən vergi sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri, o cümlədən vergi ilə bağlı məsləhət xidməti və təlimlər, KOB maraqlarının müdafiəsi barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]