SAHİBKARLIĞIN ƏSASLARINA DAİR TRENİNQ KEÇİRİLMİŞDİR
Gənclər, İdman və Turizm, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin Lənkəran şəhər İcra hakimiyyəti ilə birgə keçirdiklər tədbiri Lənkəran rayon Gənclər, İdman və Turizm İdarəsinin rəisi Azad Kazımlı açaraq, cəmiyyətimizin daha potensial, yaradıcı təbəqəsi olan gənclərin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakı, dövlətin onlara diqqət və qayğısı, habelə gənclərlə aparılan iş sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Təlim kursunda çıxış edərək, ölkəmizdə aparılan iqtisadi islahatların əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı sahəsində ölkə Prezidenti tərəfindən son dövrlərdə imzalanmış sərəncam və fərmanların əhəmiyyəti, həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışmışlar. Ölkəmizdə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunların iqtisadi mahiyyəti, əsas istiqamətləri, təşkili və həyata keçirilməsi mexanizmindən söhbət açan natiqlər 2002-2005-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında ordudan tərxis olunmuş gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması işində qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Respublika İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi K.Hüseynli treninq iştirakçılarının suallarını cavablandırmışdır.