SAHİBKARLIĞIN ƏSASLARINA DAİR TRENİNQ KEÇİRİLMİŞDİR
Gənclər, idman və turizm, iqtisadi inkişaf, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdikləri tədbirdə gənclərin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakından, dövlətin onlara diqqət və qayğısından söhbət getmişdir.
Çıxış edənlər ölkəmizdə aparılan iqtisadi islahatların əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı sahəsində ölkə Prezidenti tərəfindən son dövrlərdə imzalanmış sənədlərin, həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətini vurğulamışlar. Ölkəmizdə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlardan söhbət açan natiqlər 2002-2005-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında ordudan tərxis olunmuş gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi işində qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi K.Hüseynli treninq iştirakçılarının suallarına cavab vermişdir.