Şahmat üzrə ikinci beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək
Bakı, 30 aprel, AZƏRTAC
Mayın 7-8-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ikinci beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda 17 yaşadək şahmatçılar iştirak edəcəklər. Turnir seçmə və final mərhələsindən ibarət olacaq.
Seçmə mərhələnin nəticələrinə görə, ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.
Dəvət olunmuş ölkələrin hər birindən 10-dək şahmatçı yarışa buraxılır. Azərbaycan şahmatçıları üçün limit nəzərdə tutulmur. Belə ki, dünya və Avropa birinciliklərinin, Azərbaycan birinciliklərinin medalçıları və beynəlxalq reytinqi 1700-dən yuxarı olan şahmatçılar turnirdə iştirak edə bilərlər.
Yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.
Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]