ŞAHMAT ÜZRƏ KEÇMİŞ DÜNYA ÇEMPİONU BOBBİ FİŞERİN YAPONİYADAN DEPORTASİYASI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR
61 yaşlı Robert Fişer Yuqoslaviyaya qarşı sanksiyalar rejimini pozduğuna görə FTB tərəfindən axtarışdadır. Şahmatçının 1992-ci ildə Belqradda keçirilmiş turnirdə iştirakını ABŞ hökuməti məhz belə qiymətləndirmişdir. O zaman Boris Spasski üzərində qələbəyə görə Fişer üç milyon dollar almış və indiyədək könüllü qaçqına çevrilərək, vaxtaşırı gah Avropada, gah da Asiyada gözə dəymişdir. Bəzi məlumatlara görə, Yaponiyada onu ilk dəfə üç il bundan əvvəl görmüşlər. Bu ay isə Fişer Tokionun Narita hava limanından Filippinə uçmağa cəhd göstərərkən saxlanılmışdır.
Bobbi Fişer 1972-ci ildə Boris Spasskini məğlub edərək, 11-ci dünya çempionu olmuşdur. 1975-ci ildə Anatoli Karpovla görüş ərəfəsində ağlasığmaz tələblər irəli sürdüyünə görə çempion adından məhrum edilmişdir. Bü vaxtadək heç kimə məğlub olmayan qrossmeystr Amerika və semitizm əleyhinə çoxsaylı çıxışları ilə məşhurlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]