Şamaxı rayonunda beş evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 28 avqust, AZƏRTAC
Şamaxı və Qax rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şamaxı rayonu ərazisindəki beş evdən məişət əşyaları, 1 baş inək, 16 baş qoyun və 25 kiloqram qoz oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 17-də rayondakı torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalını oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.